Main » 2012 » December » 19 » Gülər Əhmədova ölkədən Hüseyn Arabul kimi qaçırmış
10:01 Gülər Əhmədova ölkədən Hüseyn Arabul kimi qaçırmış |
"O, saxlanılaraq xüsusi nəzarət altında Bakıya gətirlib. Və ev dustağı edilib.” Milli Məclisin keçmiş üzvü Gülər Əhmədovanın ötən gün saxlanması ilə bağlı yeni məlumat əldə etmişik. Məlumatda deyilir ki, keçmiş deputat həqiqətən də saxlanılaraq bir neçə saatdan sonra azad edilib. Amma bu, onun tamamən sərbəst buraxılması demək deyil.Belə ki, məlumatlı mənbənin bildirdiyinə görə, Gülər Əhmədovanı deputat mandatından məhrum edən məlum videolara görə qaldırılmış cinayət işinin istintaqını aparan Bakı şəhər prokurorluğu ötən gün axşam onu dindirməyə dəvət edib və ona təqsirləndirilən şəxs qismində ittiham elan olunub. Bundan sonra onun barəsində həbs olmayan qətimkan tədbiri seçilib və keçmiş deputat polis nəzarətinə verilib. Bundan sonra isə o, evə buraxılıb.Əldə edilən xəbərə görə isə G. Əhmədova həqiqətən də həbs edilib. Lakin sabiq millət vəkilinin həbsinə səbəb onun ölkədən qaçmaq istəyi olub. Belə ki, G. Əhmədova "Barmek Azərbaycan” şirkətinin rəhbəri Hüseyn Arabul kimi ölkəni gizli yolla tərk etmək istəyərkən sərhəddə yaxalanıb. O, ölkədən çıxmaq üçün külli miqrdarda rüşvət təklif edib və şirnikləndirici vasitələrdən istifadə edib. Lakin bunun heç bir xeyiri olmayıb. O, saxlanılaraq xüsusi nəzarət altında Bakıya gətirilib. Və ev dustağı edilib. Ona ölkədən çıxmamaq ciddi tapşırılıb. Hal-hazırda onun yaşadığı ev xüsusi nəzarət altında saxlanılır. Lakin onun yaxın günlərdə saxlanılaraq barəsində həbsqəti-imkan tədbiri seçiləcəyi gözlənilir.
|
Category: XƏBƏRLƏR |
Views: 406 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|