Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 20 » Gürcüstan müxalifəti parlamentdə fəaliyyətini dayandırıb
12:35
Gürcüstan müxalifəti parlamentdə fəaliyyətini dayandırıb
Gürcüstandakı parlament azlığı – Vahid Milli Hərəkat Partiyası ölkədə son həbslərə etiraz əlaməti olaraq qanunverici orqanda fəaliyyətini dayandırıb. Azeri-Xeber.ucoz.com x'b'r saytının "Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, Vahid Milli Hərəkatın deputatları parlamentin yerləşdiyi Kutaisi şəhərindən paytaxt Tiflisə qayıdıblar.

 

Vahid Milli Hərəkatın bəyanatında deyilir ki, son günlər ölkədə yeni siyasi reallığın yarandığını göstərən bir neçə hadisə baş verib: "Ölkə demokratiyanın bitdiyi, fərqli siyasi baxışlara malik insanların təqib olunması və məhv edilməsinin başlandığı bir mərhələyə qədəm qoyub. Hökumət qaydasız döyüş elan edib. Biz parlamentdə "fasad demokratiyası”nın yaranmasında iştirak edə bilmərik və parlamentin öz fəaliyyətini dayandırmasını məqsədəuyğun sayırıq”.

 

Hazırda Vahid Milli Hərəkat Partiyası siyasi mübarizəni hansı forma və metodlarla aparmağı müzakirə edir.

 

Qeyd edək ki, Gürcüstanda sabiq maliyyə və energetika naziri Aleksandr Xetaquri, sabiq təhsil və ədliyyə naziri, hazırda "Rustavi-2” telekanalının baş direktoru olan Nika Qvaramiya, iqtisadiyyat nazirinin keçmiş müavini Kaxa Dameniya, "Telasi” Səhmdar Cəmiyyətinin baş direktoru Devi Kandelaki və şirkətin daha iki sabiq əməkdaşı həbs olunub. Onlar mövcud olmayan bir şirkətin hesabına 1 milyon dollar köçürməkdə ittiham olunurlar.   

 

Category: XƏBƏRLƏR | Views: 358 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 23:38
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012