Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » Gürcüstan prezidenti hökuməti istefaya göndərmək niyyətində deyil
10:59
Gürcüstan prezidenti hökuməti istefaya göndərmək niyyətində deyil
Gürcüstan prezidenti Mixail Saakaşvili Konstitusiyada nəzərdə tutulmuş hüququndan istifadə edərək hökuməti istefaya göndərmək niyyətində deyil.

 "RİA Novosti”yə istinadən əldə edilən məlumata görə, M. Saakaşvili deyib ki, bu istiqamətdə hər hansı planı yoxdur: "Mən sadəcə onu deyirəm ki, ölkədə xaos və zorakılıq davam edərsə, bu, pis nəticələr verəcək. Mən hadisələrin radikal ssenari üzrə davam etməsini istəmirəm”.  

 

Qeyd edək ki, Gürcüstanda sabiq maliyyə və energetika naziri Aleksandr Xetaquri, sabiq təhsil və ədliyyə naziri, hazırda "Rustavi-2” telekanalının baş direktoru olan Nika Qvaramiya, iqtisadiyyat nazirinin keçmiş müavini Kaxa Dameniya, "Telasi” Səhmdar Cəmiyyətinin baş direktoru Devi Kandelaki və şirkətin daha iki sabiq əməkdaşı həbs olunub. Onlar mövcud olmayan bir şirkətin hesabına 1 milyon dollar köçürməkdə ittiham olunurlar. Bu həbslərdən sonra M. Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası parlamentdə fəaliyyətini dayandırıb.   

Category: XƏBƏRLƏR | Views: 351 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 18:42
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012