Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » Həbəşistana hicrət edən ilk müsəlmanların rəhbəri - Cəfər Təyyar
10:54
Həbəşistana hicrət edən ilk müsəlmanların rəhbəri - Cəfər Təyyar

Cəfər ibni Əbitalib İmam Əlinin (ə) qardaşıdır və o, Cəfər Təyyar adı ilə məşhurdur. O, İslam dininin ilk illərində müsəlman olanlardan idi.

Besətin beşinci ilində müşriklər müsəlmanlara çoxlu işgəncə verirdilər. Onlardan bir qrupu Peyğəmbərin (s) xidmətinə gəlir və ondan başqa bir diyara getmək üçün icazə alırlar. Peyğəmbərimiz (s) də Həbəşistana getmək barədə göstəriş verir. Həbəşistanın hakimi adil bir xristian idi. Cəfər həyat yoldaşı Əsma binti Əmislə və bir sıra digər möminlərlə bir yerdə Həbəşistana hicrət edir. O, müsəlmanların rəhbəri idi. Müşriklər Əmr Ası onların dalınca göndərir ki, müsəlmanları Nəccaşi padşahının gözündən salsın. Ancaq Cəfər zirək cavabları ilə və "Məryəm” surəsini oxuyaraq, Nəccaşi şahında ruhi inqilab yaradır. Əmr As da kor-peşman halda Məkkəyə qayıdır.

Cəfərin fəzilətləri haqqında çox sayda hədis vardır. Onlardan birində deyilir ki, Həzrət Peyğəmbər (s) buyurub: "İnsanlar müxtəlif ağaclardan xəlq ediliblər, ancaq mən və Cəfər bir ağacdan xəlq edilmişik”. Başqa hədisdə Peyğəmbərimiz (s) Cəfər Təyyar hədisdə buyurur: "Sən xilqət və əxlaqında mənə bənzəyirsən”.

Cəfər Təyyar Xeybərin fəthindən sonra Həzrət Peyğəmbərin (s) hüzuruna gəlir və Həzrət (s) onu qarşılamaq üçün on iki addım qabağa gəlir. Onu görən zaman çox sevinir və buyurur: "Bilmirəm ki, Xeybərin fəthinə sevinim, ya Cəfəri görməyimə”. Ona "Cəfər Təyyar” namazını öyrədir.

Cəfər ibni Əbutalib 8-ci Hicri ilində Peyğəmbər (s) tərəfindən Mutəyə gedən orduya rəhbər təyin edilir. O, döyüşdə qolları kəsiləndən sonra şəhid olur.

Həzrət Peyğəmbər (s) buyurur ki, Allah Cəfərə iki qanad verib ki, behiştdə uça bilsin. Ona görə də Cəfər Təyyar adı ilə məşhur olur. Cəfərin oğlu Abdullah nəql edir: "Cəfərin şəhadət xəbəri Mədinəyə çatanda Peyğəmbər (s) bizim evə gəldi. Bizə başsağlığı verdi və sonra da mübarək əlini mənim və qardaşımın başına çəkdi. Gözündən yaş axan halda bizim üzümüzdən öpdü. Sonra buyurdu: "Cəfər ən gözəl savaba çatmışdır”. Üç gün bizim evə gəldi və bizə təsəlli verdi. Anama buyurdu ki, qəm yeməsin və o, dünya və axirətdə bizim vəlimizdir”.

Category: Yazarlar | Views: 713 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Sunday, 05.05.2024, 10:48
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012