Fələstinin HƏMAS liderlərindən olan Əhməd Halabiyeh İsrail rejiminə qarşı üçüncü müqavimət hərəkatına başlamağı təklif edib, - "haberturk”.
HƏMAS-ın Qüds bölgəsi üçün rəhbəri oolan Halabiyeh bildirib ki, İsrail rejiminə qarşı növbəti müqavimət hərəkatı dərhal başlanılmazsa, rejim Şərqi Qüdsü tamamilə işğalı altına alacaq.
"İşğal edilmiş bölgələrdə müqaviməti yenidən başlamağa məcburuq. Əl-Əqsa məscidi və Qüdsü işğaldan qurtarmaq üçün üçüncü İntifada başlanmalıdır”, - deyə HƏMAS lideri bildirib.
Eyni zamanda Fələstinin baş naziri İsmayıl Haniyyə İsrail rejimini” xərçəng şişi” adlandıraraq onun dərhal kəsilib atılmasının vacib olduğunu bildirib.