A. Əzimov bu məsələ ilə bağlı Minsk qrupuna ciddi irad tutub: "Onlar anlamalıdırlar ki, Ermənistan bu cür təhrikçi addımı atsa, böyük böhran yarana bilər. Minsk qrupu bilməlidir ki, Azərbaycan bu qeyri-qanuni aktı heç vaxt bağışlamayacaq və susmayacaq”.
Nazir müavininin fikrincə, həmsədrlər bir çox halda lazım olan prinsipiallığı göstərməyiblər.
Ermənistanın danışıqlar prosesindən qaçmasının prezident seçkiləri ilə bağlılığı barədə sualı cavablandıran A. Əzimov bildirib ki, seçkilər hər 5 ildən bir keçirilir, odur ki, Ermənistanın bu addımını seçkilərlə izah etmək olmaz: "Məsələ ondadır ki, Ermənistan rəhbərliyi məsələnin həllində, ümumiyyətlə, maraqlı deyil”.