Azərbaycanda 18 yaşlı kursant xəstəlikdən ölüb
Azərbaycan Silahlı Qüvvələrinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantı xəstəlikdən dünyasını dəyişib.
Məlumata görə, kursant Sərxan Muradov dekabrın 25-də xərçəng xəstəliyindən müalicə aldığı Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda vəfat edib. S. Muradov 1994-cü ildə Balakən rayonunda anadan olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev hadisəni təsdiqləyib.
|