Şirvan Apelyasiya Məhkəməsində Azərbaycan Silahlı Qüvvəllərinin hərbi qulluqçusu Vüsal Faiq oğlu Tağıyevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Xəbər görə Vüsal Tağıyev Cinayət Məcəlləsinin 333.1-ci (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham edilib. Ittihama görə, Vüsal Tağıyev xidmət etdiyi hərbi hissəsini özbaşına tərk edib.
Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Vüsal Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmlə razılaşmayan Vüsal Tağıyev apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmünü dəyişdirilməsinin və həbs cəzasının şərti cəza ilə əvəz edilməsini xahiş edib.
Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Vüsal Tağıyevin apelyasiya şikayəti təmin edilib. Onun barəsində olan həbs cəzası ilə bağlı təyin edilmiş hökm dəyişdirilib. Onun barəsində olan cəza şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.