Main » 2012 » December » 19 » "Hamı bu barədə rahat ola bilər"
17:34 "Hamı bu barədə rahat ola bilər" |
"Ya Rəsulum! Səndən qiyamət günü haqqında soruşarlar ki, öz lövbərini nə vaxt salacaq?”Ruhani alim, Quran və hədis elmləri mütəxəssisi Hacı Zülfüqar Mikayılzadə "21 dekabr - qiyamət günüdürmü?" məsələsilə bağlı İslamazeri.az-a münasibət bildirib:
"Bismillahir rəhmanir rəhim Bu barədəki fikirləri iki sualla ifadə etmək olar. Biri bundan ibarətdir ki, 21.12.2012 tarixində nəsə baş verə bilərmi? İkinci sual bundan ibarətdir ki, həmin tarixdə dünyanın sonu ola bilərmi və ya qiyamət günü ola bilərmi?
Birinci sualın cavabı budur ki, bunu nə təsdiq, nə də təkzib etmək olar. Yəni hansısa hadisə, tufan, qaranlıq kimi təbiət proseslərinin müşahidə edilməsi mümkündür və bu qeyri-normal bir şey deyil. Belə təbii hadisələr həmişə olub və bundan sonra da ola bilər.
İkinci sualın cavabında isə bilməliyik ki, təbiət hadisələr ilə dünyanın sonunun baş verəcəyini demək mümkün deyildir. Birmənalı olaraq deyə bilərik ki, Qiyamət günü 21.12.2012 tarixdə baş verməyəcəkdir. Bunu demək üçün Qurani-Kərim əsas verir. Allah(c) Quranda Əraf surəsinin 187-ci ayəsində buyurur ki,"Ya Rəsulum! Səndən qiyamət günü haqqında soruşarlar ki, öz lövbərini nə vaxt salacaq?” Bu yeganə bir sualdır ki, Allah Quranda ona iki dəfə cavab verir. Allah-taala bildirir ki, "De: bunun elmi yalnız Allaha məxsusdur.” Sonra aəyənin davamında buyrulur: "Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar səndən israrla soruşarlar. De: "O ancaq Allaha məlumdur, lakin insanların əksəriyyəti bunu bilməz!”” Yəni qəti olaraq bu ayəyə istinad edərək deyə bilərik ki, sözügedən tarixdə qiyamət günü baş verməyəcəkdir. Bu barədə bilgi Allaha məxsusdur və heç kim bu iddiada ola bilməz.
Başqa əyələr də bunu deməyə əsas verir. Bizə Qurandan məlumdur ki, Allah dünyaya rəhbərliyi, hakimiyyəti yaxşı insanlara verəcək, öz saleh nümayəndəsini rəhbər edəcəkdir. Kainata böyüklüyü Allahın vəd etdiyi həmin bəndələri edəcəkdir. Bu barədə Allah-Mütəal Ənbiya surəsinin 105-ci ayəsində buyurur ki, "And olsun Allaha ki, biz Zəburda yazmışıq: Yer üzünə saleh insanlar sahib olacaqlar.” Bu ayənin təfsirində Rəsulullah(s) buyurur ki, "Mənim nəvəm Sahibəzzaman(ə) yer üzünə hakim olub bütün dünyada İslam hakimiyyəti quracaq və Qurani hakim edəcəkdir”. Nə qədər ki, bu vəd edilənlər baş verməyibsə, heç kim iddia edə bilməz ki, qiyamət günü ola bilər. Hamı bu mənada rahat ola bilər."
|
Category: XƏBƏRLƏR |
Views: 379 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|