Onlar zərgərə qızıl külçə yerinə saxta əşya satıblar Türkiyənin Bursa şəhərində Altıparmak prospektindəki zərgərlik mağazasında xuliqanlıq edən hamilə qadın və onun sevgilisi yaxalanıb. Türkiyə mətbuatına istinadən verilən məlumata görə, onlar zərgərliyə daxil olan 5 aylıq hamilə olan 36 yaşlı Birsen Akdağ və onun sevgilisi 24 yaşlı Erkan Doğan zərgərə qızıl külçə yerinə saxta əşya satıblar. Onlar 14 qram ağırlığında olan "qızıl külçə”ni 389 dollara (695 tükr lirəsi) satıblar. Onlar zərgərlikdən ayrılan kimi zərgər aldadıldığını anlayır və polisə zəng vurur.
Polis müşahidə kameralarına baxış keçirərərək onların istifadə etdikləri avtomobilin nömrəsini tapır. Həmin avtomobilin sonradan İzmir istiqamətinə getdiyi müəyyən edilir. Avtomobil saxlanılır və zərgəri aldadan sevgililər nəzarətə götürülür.
Avtomobilə baxış keçirilən zaman oradan çoxlu sayda saxta qızıl külçələr, tapança, qaz balonu və digər əşyalar aşkarlanaraq götürülür.
|