Main » 2012 » December » 17 » Havalar isinir Yaxın 2-3 gün ərzində havanın temperaturunun 3-4 dərəcə yüksələcəyi gözlənilir
12:47 Havalar isinir Yaxın 2-3 gün ərzində havanın temperaturunun 3-4 dərəcə yüksələcəyi gözlənilir |
Dekabrın 18-dən ölkə ərazisində hava şəraitinin nülayimləşəcəyi, yaxın 2-3 gün ərzində havanın temperaturunun 3-4 dərəcə yüksələcəyi gözlənilir. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında dekabrın 18-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən, günün I yarısında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.
Dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim çənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq.
Dekabrın 18-i gündüz saatlarından başlayaraq, Azərbaycanın qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, şərq rayonlarında arabir az yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Istinad vacibdir!
|
Views: 416 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|