QafqAzNews "Şpiqel” jurnalına istinadən xəbər verir ki, bir neçə onillik sonra Almaniyada nasizmin banisi Adolf Hitlerin ideyalarının yenidən dirçəlməsi ehtimalı var. Jurnal yazır: "Bugün almanların Hitler dövrünün ideyalarına marağı günü-gündən artır. Məhz buna görə bir çox adam ölkədə ksenofobiyanın güclənməsindən narahatçılığını bildirir.” "Şpiqel” həmçinin vurğulayıb: "Yunanlar ya ispanlar rəsmi Berlinin iqtisadi diktaturasına qarşı etiraz aksiyalarına çıxanda, əllərində Hitlerin plakatlarını tuturlar. Bu çox rüsvayçı bir haldır ki, XXI-ci əsrdə gənclər neonasizmə ehtiyac duyurlar.” |