Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » http://www.azadxeber.org/haber/4743/lnkrandaki-mscidd-bas-vernlrl-bagli-rsmi-aciqlama.html
16:51
http://www.azadxeber.org/haber/4743/lnkrandaki-mscidd-bas-vernlrl-bagli-rsmi-aciqlama.html

Lənkərandakı məsciddə baş verənlərlə bağlı rəsmi açıqlama

Lənkərandakı məsciddə baş verənlərlə bağlı rəsmi açıqlama  

Bir gün bundan öncə "islam-azeri.az” saytında "Lənkəranda əslində nə baş verir?” adlı video material yayımlanıb. Video təhlildə bildirilir ki, Aşura günü bəzi qurumların qeyri-rəsmi olsa da qadağa qoymasına baxmayaraq Lənkəranda minlərlə inanclının, yürüş keçirməsi, aidiyyəti orqanları narahat edib: "Aşura günündən sonra Lənkəranın Kiçik Bazar məhəlləsində yerləşən "Hüseyniyyə” məscidində dindarların başına oyun açmaq hədyanlarının işartısı görünməyə başlayıb. Belə ki, danışığı və hərəkətini bilməyən Həmdulla adlı bir nəfər hər gün məscidə gələrək orada ibadət edən inanclılara qarşı həqarət motivli hərəkətlər edir. Həmdullanın bu hərəkətlərinin arxasında hansı niyyətlərin və məqsədlərin durduğunu bilən dindarlar həmin şəxsə qarşılıq vermirlər. Hadisələrin ardı olaraq adı çəkilən məsciddə cinayət tərkibli insident yaşanır. Belə ki, Həmdulla Əliyevin dindarlara qarşı həqarətinin davam etdiyi bir zamanda onun oğlu əlində bıçaqla məscidə girərək orada aranın sakitləşməsini gözləyən İbrahim Azadov adlı inanclıya xəsarət yetirir. Yaralanan şəxs ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyat aparılıb. Lakin video görüntülərdə yayımlananların əksinə olaraq Həmdulla Əliyev deyilənlərin hamısını inkar edib. Maraqlı olan budur ki, bıçaqlanma hadisəsindən sonra xəsarət alan İbrahim Azadov barəsində Lənkəran Rayon Polis Şöbəsində cinayət işi açılıb. Bıçaqla ona xəsarət yetirən şəxslə bağlı isə hər hansı bir tədbirin görülmədiyi bildirilir”, - deyə video təhlildə qeyd edilir. 
 
 
Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. DİN rəsmisi bildirdi ki, Lənkəranın Kiçik Bazar ərazisində yerləşən "Hüseyniyyə” məscidində fəaliyyət göstərən dini icmanın rəhbəri Həmdulla Əliyev 5 dekabr tarixində rayon polis şöbəsinə ərizə ilə müraciət edib ki, bir qrup şəxs ona qarşı xuliqanlıq hərəkətlərinə yol verərək, məsciddə ictimai asayişi pozublar: "Ərizədə bildirilir ki, məsciddə olan bir qrup şəxs Həmdulla Əliyevi döyərək təhqir ediblər. Həmdulla Əliyevin müraciəti əsasında Lənkəran Rayon Polis İdarəsində istintaq qrupu yaradılıb və Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən xuliqanlıq) ilə cinayət işi açılıb. Bundan sonra dərhal təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib və müəyyən edilib ki, Həmdulla Əliyevə qarşı deyilən hərəkətlər törədilib. Hadisədən sonra rayon məhkəməsi İlkin Əsədov adlı şəxs barəsində həbs qəti imkan tədbiri, İbrahim Azadovla bağlı isə polis nəzarətində saxlanılma qərarı çıxarıb. Hazırda faktla bağlı istintaq işləri aparılır və kimlərin təqsirkar olduğu bundan sonra araşdırılacaq. ”
 
İbrahim Azadov adlı şəxsin bıçaqlanma hadisəsinə də aydınlıq gətirən Orxan Mansurzadə, "İbrahim Azadov iddia edir ki, ona dekabrın 5-i xəsarət yetirilib. Bu məsələ də istintaq tərəfindən öyrəniləcək”, - deyə bildirdi: "İbrahim Azadovun kim tərəfindən vurulmasına istintaq aydınlıq gətirəcək. Xəsarət alınması o demək deyil ki, İbrahim Azadov zərərçəkən şəxsdir. İstintaq hal-hazırda onun barəsində təqsirləndirilən şəxs kimi polis nəzarətinə götürülməsi qərarı çıxarıb. İstintaqın sonrakı gedişatı göstərəcək ki, kimlər təqsirkardır.”
Category: Mənəviyyat | Views: 449 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:33
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012