Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » İçinə şeytan girmiş 23 yaşlı qız – ƏSƏBİ VƏ ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN -VİDEO
09:29
İçinə şeytan girmiş 23 yaşlı qız – ƏSƏBİ VƏ ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN -VİDEO

Almaniyada yerləşən balaca Klinqeberq şəhəri kütləvi dini sitayiş yerinə çevrilib. Minlərlə insan Anneliz Mişelin məzarını ziyarətə gedir. Mişel 23 yaşında faciəli ölümü ilə yadda qalıb. Onun hekayəsi haqqıda isə "Emili Rouzun altı şeytanı” adlı film də çəkilib. 

Anneliz doğulandan qorxu içində yaşayan qız olub. Onun ailəsi dindar imiş. Atası keşiş olmaq istəyib, amma bu alınmayıb. Qızın üç xalası isə rahibə olublar. Mişelin ailəsinin də digər ailələr kimi öz sirri vardı. 




1948-ci ildə Annelizin anası qızı Martanı dünyaya gətirir. Lakin həmin vaxt o, əri ilə rəsmi nikahda olmur. Bu o qədər biabırçı bir şey kimi qəbul edilirdi ki, toy günündə gəlin başını qara örtüklə örtür. Dörd il sonra Anneliz dünyaya gəlir. Ana qızlarına dindarlığı təlqin edir ki, işlətdiyi günahı ört-basdır etsin. 8 yaşı olanda Marta böyrəyindəki şişdən ölür. Hissiyatlı Anneliz günahların yuyulmasının vacib olduğunu daha dərindən hiss edir. Qızda əsl günah xəstəliyi yaranır. O hər addımda ətrafında yuyulması vacib olan günahlar görür. 60-cı illərdə gənclər azadlığı dadanda Anneliz daş döşəmədə yataraq vağzal binasının döşəməsində yatan narkomanların günahlarının yuyulmasına çalışırdı. 

16 yaşı olanda Annelizdə güclü tutmalar başlayır. Həkimlərin yazdığı heç bir dərman ona kömək etmir. Qız daim huşsuz və depressiyada olur. Valideynləri qərar verirlər ki, məsələ Annelizin içinə girən şeytanlardır. Qız özü isə qarabasmalı dualardan şikayət edir. 1973-cü ildə Annelizdə depressiya başlayır və o, intihar haqqında düşünür. Qızın qulağına səslər gəlir. Anneliz iki dəfə yerli keşişə müraciət edir ki, onun içindəki şeytanları qovsun, lakin keşiş imtina edir. Səbəb isə o olur ki, qız heç də içinə şeytan girmişə bənzəmir. Yəni qədim dillərdə dualar kimi qeyri-adi heç bir vəziyyət olmur. 

Qızın vəziyyəti hər gün pisləşir. Lakin o, gündəlik dini ayin - 600 dəfə əyilib-qalxma hərəkətini edir. Nəticədə dizləri yara olur. Sonra başqa qəribəliklər meydana çıxır. Qız stolun altına girib hürür, böcək, hətta ölü quş başı yeyir. Bir neçə il sonra artıq pis vəziyyətdə olan Anneliz keşişə yalvarır ki, ayin keçirsin. Bu dəfə də imtina edildikdən sonra qız ailə üzvlərinin üzərinə hücum edir ki, İsanın şəkillərini yığışdırsınlar. Yalnız bundan sonra keşişlər evə gəlirlər. Anneliz həkimlərin köməyindən tamamilə imtina edir. Sonralar həkimlər diaqnoz qoyurlar - müalicəsi mümkün şizofreniya. Şeytanın qovulması ayini keşiş Arnold Renz və köməkçisi Ernstom Alt tərəfindən aparılır. 9 ay ərzində keşiş həftədə bir neçə dəfə seans keçirir. Onların sözlərinə görə, qızın bədəninə İuda İskariota, Lyusifer, Kaina və Adolf Hitler şeytanları giribmiş. Ayin zamanı qızın səsi yazılıb. Lakin mütəxəssislər onu dinləyib hər hansı nəticəyə gəlməyin qeyri-mümkün olduğunu deyirlər. Anneliz özü isə seans ərzində çırpındığı üçün yatağa bağlanır. 



1976-cı ildə orqanizmi zəif Anneliz pnevmaniyaya yoluxur. Özünə gəlmədən vəfat edir. 

Valideynləri Annelizi Martanın yanında dəfn edirlər. Həmin qəbirstanlıq qeyri-qanuni doğulanlar və intihar edənlər üçün nəzərdə tutulubmuş. Annelizin ölümündən sonra valideynlər və keşiş cinayət işinə cəlb edilirlər. Həkimlər qızın müalicəsi mümkün xəstəliyə yoluxduğunu sadəcə valideynlərinin bu müalicəyə əngəl olduqlarını bildirirlər. Cəza isə yüngül olur. İki keşiş və valideynlər sadəcə şərti olaraq 6 ay azadlıqdan mərhum edilirlər. 

Annelizin ölümündən sonra da dini şaiyələr kəsilmir. 1998-ci ildə Şərqi Almaniyadan olan rahibə Mişelin ailəsinə bildirir ki, onun gözünə xəyal görünüb. Deyir ki, Anneliz qəbirdə də rahat deyil, onun cəsədi heç çürüməyib də, çünki qara qüvvələr ondan əl çəkmir. Ailə qəbri açmağa qərar verir. Böyük izdihamın gözü önündə qəbir açılır. Ailə yalnız Mişelin skeletini görəndən sonra rahatlaşır. 

Mişelin anası bu gün də yaşayır. Onun 80 yaşı var. Qadının əri ölüb, digər üç qızı onu tərk edib. O hələ də yaşadıqlarından sonra özünə gələ bilmir. Pəncərəsindən isə iki qızının qəbri görünür. 



Category: Maraqlı | Views: 567 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 13:04
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012