Suriyada səfərdə olan jurnalist Patrick Cockburn Suriyadakı mövcud vəziyyət ilə beynəlxalq medianın xəbərləri arasında ciddi bir fərq var. Belə ki, hadisələrin tam əksi mediada səslənir.
Adıgedən qəzetin müxbiri Patrick Cockburn Suriya təəssüratlarını mediada bölüşüb, yaxın keçmişdə mediada yayılan qorxunc başkəsmə görüntüləri barədə bildirib ki, bu hadisəni 21 aylıq qarışıqlıq dövrünün ən pis görüntüsü kimi qeytd etmək olar.
Beynəlxalq medianın Əsəd rəhbərliyinin uduzmasının yaxın olduğuna inandığını ifadə edən Cockburn, bununla belə Suriyadakı vəziyyətin heç də elə olmadığını vurğulayıb. Eyni zamanda dünya mediasında səslənən "Suriyada hər gün terror var” sözünün tam yanlış olduğunu da müxbir qeyd edib. O, hətta "üsyanın ürəyi" olaraq bilinən Humusa belə rahatlıqla səfər etdiyini və şəhərin artıq ordu tabeçiliyində olduğunu yazıb.
Müxbirin Suriyada söhbət etdiyi hərbi xəstəxana müdiri də onlara gün ərzində ən çoxu 15 yaralının gəldiyini deyib. Cockburnun dediyinə görə, ortada bir döyüş var, ancaq müxaliflərin və Qərb mediası ilə siyasətinin iddia etdiyi kimi "son hücum" deyə bir fikir yoxdur.