Britaniyanın bir sıra bölgələrinə leysan yağış yağıb. «RİA-Novosti»-yə istinadən verilən məlumata görə, bu təbii olay nəticəsində dəmiryolu, avtomobil yolları dağılıb, futbol oyunları təxirə salınıb, sel altında qalan sakinlər köçürülüb. Mənbənin məlumatına əsasən, leysan yağışlardan daha çox İngiltərənin cənub-qərbinə, Devon və Kornuoll qrafalığı ziyan dəyib. Oradakı su bəndi dağılıb. Ölkənin şimalındakı York şəhərini də su basıb. Britaniya Ətraf Mühiti Mühafizə Agentliyi 4 böhranlı, 155 ciddi və 360-dan artıq adi su basması vəziyyəti ilə bağlı xəbərdarlıq edib. Kornuoll qraflığından 200-ə yaxın evin ailə üzvləri köçürülüb.
|