İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin Parçin hərbi sənaye kompleksini ziyarət etməsi üçün yalnız bir şərtinin olduğunu açıqlayıb.
İAzeri-Xeber.ucoz.com-un APA-ya istinadən verdiyi xəbərə görə, İran xarici işlər nazirinin müavini Həsən Qəşqavi bildirib ki, ölkəsinə qarşı beynəlxalq təhdidlər azalacağı təqdirdə agentlik müfəttişlərinin Parçində yoxlamalar aparmasına icazə verə bilərlər: "İranın nüvə fəaliyyətləri tamamilə dinc məqsədlərə yönəlib. Biz Nüvə silahlarının yayılmasının qarşısının alınması Andlaşması üzvü olaraq indiyədək AEBA ilə yaxından əməkdaşlıq etmişik. Ona görə də Qərb ölkələri İranın nüvə enerjisindən faydalanmaq haqqını rəsmi şəkildə tanımalı və bu məsələni siyasiləşdirməkdən əl çəkməlidir”.