İran Ermənistana bəzi məhsulların ixracına qoyulmuş qadağanı götürüb. Azeri-Xeber.ucoz.com-un "Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balyan deyib. O bildirib ki, bu qərar Ermənistanla İran rəsmiləri arasında aparılan müzakirələrdən sonra alınıb. Qeyd edək ki, İran 2012-ci ilin noyabr ayında yerli istehsalçıları dəstəkləmək məqsədilə Ermənistana 52 adda məhsulun ixracını dayandırmışdı. İxracına qadağa qoyulmuş məhsulların arasında buğda, canlı mal-qara və ət məhsulları da var idi.
|