Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 18 » İran hakimiyyətindən etiraf: neft gəliri azalıb
09:46
İran hakimiyyətindən etiraf: neft gəliri azalıb

Əhmədinejad qvardiyadan yardım istəyir 

İddialı və israrlı atom–nüvə proqramına görə,İrana tətbiq edilən sanksiyalar ucbatından ölkə iqtisadiyyatının başlıca sahəsi olan neft sənayesində vəziyyət ağırlaşmaqdadır. Bunu artıq Tehran rəsmiləri də etiraf edir.

azeri-xeber.ucoz.com-un İranın informasiya vasitələrinə istinadən məlumatına görə, İslam Respublikasının iqtisadiyyat naziri Şəmsəddin Hüseyni həftə sonunda jurnalistlərə açıqlamasında beynəlxalq sanksiyaların ölkə iqtisadiyyatına təsirindən danışıb.

O, deyib ki, hökumətin neft gəlirləri ilə bağlı proqnozu özünü doğrultmayıb: "Sanksiyalar üzündən ölkənin neft gəlirləri 50 faiz azalıb”.

Nazir əlavə edib ki, vergi gəlirləri proqnozu 85 faiz yerinə yetirilib: "Gömrük gəlirlərinin durumu da pis deyil. Əsas problem neft gəlirlərində 50 faiz azalmaqdadır”.

İran prezidenti Mahmud Əhmədinejad isə ölkənin üzləşdiyi iqtisadi problemlərdən çıxış yolu axtarmaqdadır. Bu məqsədlə o, İnqilab Keşikçiləri Qvardiyasının nümayəndələrinə müraciət edərək, onlardan maliyyə yardımı istəyib.

İrana tətbiq edilən sanksiyalardan sonra ölkədə iqtisadi vəziyyət gərginləşib. Buna görə də ölkə əhalisinin əksəriyyəti prezidenti ittiham edərək, onun yürütdüyü siyasətin ölkəni ağır vəziyyətlə üz-üzə qoyduğunu söyləyirlər.

 Belə bir vəziyyətdə Əhmədinejadın qvardiyadan  maliyyə yardımı istəməsi təsadüfi deyil. Bunun o, həm də İslam Respublikasında əsas gücün qvardiyaya məxsus olduğunu açıq şəkildə etiraf edib. Bu quruma  məxsus külli miqdarda daşınmaz əmlak, torpaq sahələri var. Bundan başqa qvardiya dəniz nəqliyyatında, rabitə və neft-qaz sənayesi sahəsində də  böyük paya malikdir. Hətta hakimiyyətin gerçəkləşdirmək istədiyi atom-nüvə proqramı da bu hərbi birləşmənin əlindədir.

 

Category: XƏBƏRLƏR | Views: 346 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 06:42
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012