Müdafiə naziri Vahid Əhmədi bildirib ki, NATO-nun Türkiyə sərhədlərində fəaliyyəti bölgə ölkələrinin sürətlə silahlanmasına səbəb olacaq İranın müdafiə nazirliyi Türkiyə ilə Suriya sərhədlərində yerləşdirilən Patriot müdafiə sistemi ilə bağlı Türkiyəyə növbəti dəfə xəbərdarlıq edilib. Müdafiə naziri Vahid Əhmədi bildirib ki, NATO-nun Türkiyə sərhədlərində fəaliyyəti bölgə ölkələrinin sürətlə silahlanmasına səbəb olacaq. Onun sözlərinə görə, region ölkələri NATO-nun bu tədbirlərini özlərinə qarşı ciddi hədə hesab edirlər və təhlükədən qorunmaq üçün istənilən addımı atmağa hazırdırlar. Əhmədi, eyni zamanda, qeyd edib ki, Rusiya belə bir addım kimi skad tipli (partlayan zaman şaxələnib yenidən partlayan) İsgəndər raketlərini Suriyaya göndərməklə cavab verəcək. "İslam ölkələrində xarici qüvvələrin olması həmişə fikirayrılığına və düşmənçiliyə səbəb olur", - deyə Əhmədi əlavə edib.
Bu arada, paytaxt Ankarada Patriot müdafiə sistemlərinə qarşı etiraz aksiyaları keçirilib. Əksəriyyəti Müstəqillik və Həmrəylik Partiyasının tərəfdarı olmaqla Amerika Birləşmiş Ştatlarının səfirliyi qarşısında toplaşan etirazçılar Amerika hökumətinin Suriya ilə müharibədə Türkiyəni öz əlində alətə çevirməsinə qarşı şüarlar səsləndiriblər.
|