Azərbaycanda səfərdə olan İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovla görüşüb. Məlumata görə, görüşdə əməkdaşlıq istiqamətləri müzakirə olunub, qonşuluq əlaqələrinin tarixi köklərə əsaslanaraq inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə qarşıya çıxan problemlərin çözülməsi də müzakirə mövzusu olub.
|