Səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi ötən həftə dövlətin büdcə siyasətini tənqid etmişdi
İran İslam respublikasının yeganə qadın naziri Mərziyə Vahid Dəstcerdi tutduğu vəzifədən kənarlaşdırılıb. Bu barədə məlumatı yayan İran dövlət televiziyası ölkə prezidenti Mahmud Əhmədinejadın səhiyyə naziri Dəstcerdininin işinə son verdiyini bildirib.