İsrailin xarici işlər naziri Avigdor Liberman ona qarşı irəli sürülmüş itihamlara görə, istefa ərizəsi verib. O vəzifəsindən sui-istifadə və pulyuma əməliyyatında ittiham olunur. Nazir 2 gün bundan əvəl ittihamlara qarşı mübarizə aparamq üçün istefa vermək fikrində olduğunu bildirmişdi. O ittihamları rədd edir və təmiz adla yenidən siyasətə dönəcəyini deyir. Liberman «İsrail bizim evimizdir» partiyasının lideridir. O gələn il yanvarın 22-də keçiriləcək parlament seçkisində deputatlığa namizədliyini verib. Onun partiyası seçkiyə baş nazir Benjamin Netanyahunun «Likud» partiyası ilə birlikdə gedir. İstefadan sonra onun səlahiyyətlərini müvəqqəti kabinetin rəhbəri icra edəcək.
|