Evsiz insanların olduğu uşaqların küçələrdə donduğu heç bir normal ölkələrdə hökumət üçün bağ evləri tikilmir. Newsgeorgia-ya istinadən verilən məlumata görə, bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili prezident Mixail Saakaşvilinin yeni hökuməti dağıdıcılıqda ittiham etməsinə münasibət bildirərkən deyib.
Bidzina İvanişvili deyib ki, yeni hökumətin fəaliyyəti ilə bağlı tənqidi qəbul etməyə hazırdır: "Saakaşvili cavab versin ki, niyə yeddi iqamətgahı var və bağ evlərinin tikintisi ilə kimi təqlid edir. Qoy, bizimlə bağlı nümunələr gətirsin və mən tənqidi məmnuniyyətlə qəbul edərəm. Heç kim səhvsiz deyil”.
"Hansı normal ölkədə Gürcüstandakı kimi hökumət üçün bağ evləri var? Onların tikintisi indi də davam edir. Özü də bizim kimi yoxsul ölkədə. Bu qədər evsiz olduğu, uşaqlar küçədə donduğu halda… Bununla belə, bu adam (Saakaşvili) danışmaqda davam edir”.
"Gürcü xalqı ağı qaradan seçməyə qadirdir”, - Bidzina İvanişli əlavə edib.