Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 27 » “İvanişvili Azərbaycanla münasibətləri pisləşdirir“
09:26
“İvanişvili Azərbaycanla münasibətləri pisləşdirir“

Elxan Şahinoğlu: "Biznesdən siyasətə gəlmiş İvanişvili naşı siyasətçidir"


Bu gün Bakıya səfər edən Gürcüstanın baş naziri Bidzina İvanişvili  Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı əvvəlki mənfi münasibətinə düzəliş edib. Qeyd edək ki, o, bu dəmir yolu magistralı istismara verildikdən sonra hazırda mövcud olan Gürcüstan Dəmir Yolları istiqamətində yük dövriyyəsinin azala biləcəyini demişdı.

"Layihə çox maraqlıdır, lakin ilkin mərhələdə iqtisadi xarakterli məsələlər qalır. Əsasən Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu istismara verildikdən sonra ölkənin ”köhnə” dəmir yolu ilə yük dövriyyəsi, Gürcüstan limanlarında olduğu kimi azala bilər”,- baş nazir vurğulayıb.

İvanişvili həmçinin bildirmişdi ki, Bakı səfərində Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsini müzakirə etmək niyyətində deyil.
İvanişvilinin bu açıqlaması Azərbaycanda ciddi narazılıq doğurmaqla bərabər, baş nazirin Rusiyanın maraqlarına uyğun siyasət yürütməsi ehtimalını gücləndirib. Azərbaycanı Avropa ilə birləşdirəcək bu dəmiryolunun çəkilişinə maneə olmaq yalnız Rusiyanın maraqlarına xidmət edir ki, İvanişvili də həmin maraqlara uyğun açıqlamalar verib. 

Gürcüstan prezidenti Mixail Saakaşvili isə  bildirib ki, sözügedən dəmir yolu magistralının inşasından imtina Gürcüstanı Avropadan uzaqlaşdırar və Rusiyadan asılı vəziyyətə sala bilər.

İvanişvili bu günkü səfərində isə səhvini qismən düzəltdi. O bildirdi ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu ilə bağlı fikirləri düzgün anlaşılmayıb. 

Baş nazirin Bakı səfərinə münasibət bildirən «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, İvanişvili Bakı səfərində səhvini düzəltdi: «Mən hələ bir neçə gün öncə İvanişvilinin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu ilə bağlı verdiyi açıqlamanı əsas gətirərək onun Bakıya dəvət olunmasını vacib saymışdım. Onun Bakıya səfər etməsi və narahatlıq doğuran məsələlərə aydınlıq gətirməsi yaxşı oldu. Açıqlamasında bildirdi ki, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu ilə bağlı dedikləri düzgün başa düşülməyib. Azərbaycan Gürcüstanla yaxşı əlaqələr qurub. Dəmiryolu xəttinin çəkilməsində də problem olmamalıdır. Baş verənlər həmçinin onu göstərdi ki, biznesdən siyasətə gəlmiş İvanişvili naşı siyasətçidir». 

Politoloq Qabil Hüseynli isə hesab edir ki,  İvanişvili Bakıya iki ölkə arasındakı əməkdaşlığı gücləndirmək üçün deyil, zəiflətmək üçün gəlib: «İstər Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryolu, istərsə də Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Neft Şirkətinin müəssisəsindəki etirazlar, istərsə də yanacağın qiymətilə bağlı narazılıqlar göstərir ki, İvanişvili iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək əvəzinə, münasibətləri pisləşdirir.  Azərbaycanın Gürcüstana satdığı qazın qiyməti Rusiyanın Ermənistana satdığı qazın qiymətindən iki dəfə ucuzdur. Saakaşvili dəfələrlə bildirib ki, Gürcüstan xalqı heç vaxt Azərbaycan dövlətinin yaxşılığını unutmamalıdır. Amma İvanişvili unudur. Çünki o, xalqın deyil, Rusiyanın çaldığı havaya oynayır.  Əgər İvanişvili inadından dönməsə, Azərbaycan bu ölkəyə satdığı qazın qiymətini qaldırmalıdır». 
Category: Siyasət | Views: 517 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Tuesday, 03.12.2024, 21:53
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012