Gürcüstanın baş naziri Bidzina İvanişvili prezidentliyə namizədliyini vermək niyyətində deyil.
"Novosti-Qruziya” agentliyinə istinadən verilən xəbərə görə, B. İvanişvili bunu keçirdiyi mətbuat konfransında deyib. O, 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərindən sonra prezidentin səlahiyyətlərinin və funksiyasının azalacağını xatırladıb: "Mən öz vəzifəmi dəyişmək fikrində deyiləm, xalqıma harada lazımamsa, orada olacağam”.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərindən sonra qüvvəyə minəcək Konstitusiya dəyişikliklərinə əsasən ölkədə hakimiyyət parlamentə və onun formalaşdırdığı hökumətə keçəcək. Prezident qanunverici təşəbbüslə çıxış edə bilməyəcək, hökumətin qərarlarının icrasını dayandırmaq və ya ləğv etmək, parlamentin növbədənkənar iclaslarını çağırmaq hüququndan məhrum olacaq.
|