Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » Jurnalisti zəng edərək təhdid və təhqir edirlər
15:26
Jurnalisti zəng edərək təhdid və təhqir edirlər

Xebername.az İnternet qəzeti RATİ-nin rəsmi saytına istinadən xəbər verir ki,  dekabrın 20-də saat 12.14-də hüquq müdafiəçisi, eyni zamanda jurnalist Elman Abbasovun mobil telefonuna 051-379-76-95  nömrəsindən təhdid zəngi gəlib. Zəng edən şəxs özünü təqdim etməyib. Danışığında özünü güya həbs olunan iş adamı Məmməd Qurbanovun  "canıyananı” kimi göstərib. Heç bir dövlət qurumunda işləmədiyini bildirib və özünü təqdim etməkdən Bu barədə RATİ-yə Elman Abbasovun özü məlumat verib.

 "Siz özünüzü nə hesab edirsiniz ki, sizə qarşı təxribat olsun. MTN-in işi-gücü qurtarıb ki, sizi izlətsin, sizə təxribat törətsin. İstəsələr sizi 1 dəqiqəyə həbs edərlər. Məmməd Qurbanovu həbs etdirdiniz. Indi 2 ay ona yeməyi kim verəcək? Xəbəriniz varmı ailəsi nə yeyib nə içir? ”, - deyə zəng edən şəxs bildirib.

Jurnalist ona heç kimi həbs etdirmədiklərini, əksinə onlara və Məmməd Qurbanova qarşı gömrükdə təxribat olduğunu, bunu araşdırmaq hüquq mühafizə orqanlarının işi olduğunu bildirsə də, zəng edən şəxs "siz haradan bilirdiniz ki, orada hadisə olacaq, getmişdiniz ora. Siz getməsəydiniz Məmmədi həbs etməyəcəkdilər”, - deyə Elman Abbasov bildirib. Öz növbəsində jurnalist həmin şəxsə  izah edib ki, Məmməd Qurbanov həbs olunmamışdan əvvəl onlara müraciət edib. Lakin zəng edən şəxs onu təhqir və təhdid etməkdə davam edib. "Açıq nömrə ilə zəng etmişəm. Səviyyəniz, savadınız yoxdur. Özünüzü hüquq müdafiəçisi adlandırırsınız. Dayan, Elman Abbasov səninlə görüşəcəyik, bu millətin başına açdığınız oyunların cavabını verəcəksiniz. Görün başınıza nə oyun açacağıq”,- deyə bildirilib
Jurnalist deyir ki, zəng edənin bütün telefon danışıqlarını qeydə alıb. Dərhal 102-ni yığaraq dünən onlara qarşı baş verənlər və bugünkü hadisə ilə bağlı Naxçıvan şəhər polisinə məlumat verib. İndi polisin hansı addım atacağını gözləyir.
Sahibkar Məmməd Qurbanovun ailəsi onların hansısa qohumlarının jurnalistlərə zəng etməsi və ya hədələməsinin mümkün olmadığını bildiriblər. "Bu həm sizə həm də bizə qarşı da təxribatdır”, deyə  Məmməd Qurbanovun həyat yoldaşı Fəridə Qurbanova deyib.
Qeyd edək ki, dekabrın 19-da da Naxçıvan şəhərində RATİ-nin bölgə müxbiri Elman Abbasov və  Naxçıvan QHT və Demokratiyanın İnkişafı Resurs Mərkəzinin  əməkdaşı, jurnalist İlqar Nəsibova qarşı təxribat edilib.
     Saat 12 radələrində Elman Abbasov poçta gedərkən 20-25 yaşlarında bir gənc kişi onun qarşısını kəsib. Həmin şəxs bir-neçə gün bundan əvvəl Sədərək gömrüyündə yeznəsi Nadir Məmmədovla birgə şərlənərək həbs edilən iş adamı Məmməd Qurbanovun qohumu kimi özünü təqdim edib. O E.Abbasovu təhqir edib, onu təxribata çəkmək istəyib. Həmin gün  saat 15 radələrində həmin şəxs İlqar Nəsibovun qarşısını kəsib və eyni tərzdə onu təhqir edib və təxribata çəkib
     Xatırladaq ki, dekabrın 8-də Naxçıvan Muxtar Respublikasının Sədərək gömrük məntəqəsində iş adamı Məmməd Qurbanovun şikayətini araşdırmaq məqsədilə çəkiliş aparan E.Abbasov və İ.Nəsibov təzyiqə məruz qalmışdılar. Onların video kameraları və diktofonları əllərindən alınıb və indiyə qədər qaytarılmayıb. Habelə həmin gün    Sədərək Gömrüyündə saxlanılan iş adamları Məhəmməd Qurbanov və Nadir Məmmədov döyülüblər, sonra isə şərlənərək həbs ediliblər. Hazırda hə ikisi barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Category: XƏBƏRLƏR | Views: 344 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:07
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012