Bu gün ruhani Abgül Süleymanovun apellyasiya məhkəməsinin hazırlıq iclasında verilən qərardan kassasiya şikayətinə baxılıb. Abgül Süleymanovun vəkili Rüstəm Zülfüqarov Xebername.org İnternet qəzetinin xüsusi müxbirinə bildirib ki, Ali Məhkəmə apellyasiya məhkəməsinin hazırlıq iclasında verilən qərardan kassasiya şikayətini təmin etməyib. Hacı Abgül Suleymanov Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Ruhani cinayət məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddələri ilə təqsirli bilinib. |
|