Sabir adına kitabxananın işçiləri: "Sirr verən qadın deyildi”
"Sevinc Babayevanın ölümünü biz də mətbuatdan öyrənmişik. Çox pis olduq”. Bu barədə mərhum Sevinc Babayevanın əvvəllər direktoru olduğu M.Ə.Sabir adına kitabxana-klubdan sabiq direktorun ölüm xəbərinə münasibət bildirərkən deyiblər.
"Onun haqqında bizim heç bir məlumatımız yoxdur. Sevinc ümumiyyətlə, sirr verən adam deyildi. Bizim onunla şəxsi zəmində heç vaxt söhbətimiz olmayıb. Buna görə də onun barəsində məlumatsızıq”, –deyə kitabxanadan bildiriblər.
Qeyd edək ki, fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə keçmiş deputat Gülər Əhmədova arasında vasitəçi kimi iştirak edən Sevinc Babayeva iki gün öncə Türkiyədə vəfat edib. |