Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Kristofer Ştrasserin Azərbaycanla bağlı hesabatı açıqlanıb
11:30
Kristofer Ştrasserin Azərbaycanla bağlı hesabatı açıqlanıb



Kristofer Ştrasserin Azərbaycanla bağlı hesabatı açıqlanıb

"AŞPA-nın ardıcıl səylərinə baxmayaraq, Azərbaycanda siyasi məhbuslarla bağlı məsələ hələ də həllini tapmayıb”

APA-nın məlumatına görə, bu fikirlər AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı və AŞPA-nın saytında dərc olunmuş "Azərbaycanda siyasi məhbuslarla bağlı məsələdə görülməli olan tədbirlər” adlı hesabatından öz əksini tapıb.Qeyd edək ki, bu hesabatın AŞPA-nın yanvar sessiyasında müzakirəsi planlaşdırılır.K. Ştrasser hesabatında qeyd edib ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra siyasi məhbuslarla bağlı yeni hallar müşahidə olunur, siyasətçilər, müxalifətlə bağlılığı olan fəallarla yanaşı, jurnalistlər, bloggerlər həbs cəzasına məhkum edilirlər.Məruzəçi qeyd edib ki, bir sıra hallarda bəzi məhkumların yaşı, onların səhhətinin pisləşməsi həbsxanadan dərhal azadlığa buraxılmalarını zəruri edir.Kristofer Ştrasser hesabatda "siyasi məhbus” anlayışının meyarlarını və Azərbaycanda bu məsələnin öyrənilməsi metodologiyasını açıqlayıb.Məruzəçi qeyd edib ki, onun Azərbaycana gəlməsinə icazə verilmədiyi üçün hesabat Azərbaycanın müxtəlif QHT-lərinin əlavə məlumatları və hüquq-müdafiəçiləri ilə məsləhətləşmələr əsasında hazırlanıb.K. Ştrasser məruzəyə öz şəxsi qənaətinə görə siyasi məhbus hesab etdiyi və hazırda həbsdə olan 85 nəfərin və artıq azadlığa buraxılmış 27 siyasi məhbusun siyahısını əlavə edib. Siyahıda İctimai Palatanın 2 aprel mitinqində həbs olunan şəxslərin, narkotik maddə və odlu silah saxlamağa görə məhkum edilmiş "Islamazeri.az” saytının redaktoru Ramin Bayramovun, xuliqanlığa görə məhkum edilmiş "Xural” qəzetinin jurnalisti Aydın Canıyevin, məhkəməsi davam edən "Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının, narkotik maddə saxlamaqda ittiham olunmuş "Səhər” kanalının əməkdaşı Anar Bayramovun, Qubada fəaliyyət göstərən "Xəyal” telekanalının əməkdaşlarının, Azərbaycan islam Partiyasının fəallarının, 2007-ci ildə həbs olunmuş Səid Dadaşbəylinin rəhbərlik etdiyi dəstə üzvlərinin, hicabla bağlı aksiyalarda saxlanan şəxslərin adları var.

Category: XƏBƏRLƏR | Views: 305 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:14
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012