raq hökuməti son günlər ölkədə keçirilən nümayişlərdə kürd bayrağının meydana çıxarılmasından narahat olub. Məlumata görə, bunu İraqın baş naziri Nuri Əl Malikinin məsləhətçisi Əli Musəvi mediaya açıqlamasında bildirib.
Əli Musəvi maliyyə naziri Rafi Asavinin evinə edilən basqına etiraz edən nümayişçilərin qəzəbindən də narahat olduqlarını deyib. Baş nazirin məsləhətçisi iddia edib ki, Əl-Ənbar bölgəsindəki nümayişlərdə kürd bayraqlarının dalğalanması ölkənin parçalanmasına səbəb ola bilər.
Əli Musəvinin sözlərinə görə, əslində kürd bayrağının ortaya çıxarılması İraqı parçalamaq istəyən qüvvələrin məqsədli şəkildə həyata keçirdiyi plandır. O, xalqı belə bir təhlükəli oyuna getməməyə çağırıb.