"Əl-Qaidə" terror təşkilatının ikinci adamı olan Salah Qasimi Əlcəzairdə həbs edilib. Salah Qasimi paytaxtdan 150 kilometr cənub-şərqdə yerləşən Əşşurfə şəhərində saxlanılıb. Yerli polis "Əl-Qaidə"nin ikinci adamını sözügedən şəhərdəki restoranların birində ələ keçirib.
Qeyd edək ki, Salah Qasimi rabitə sistemi və intihar planları hazırlamaqda peşəkar terrorçu hesab edilir.
faktxeber