Azeri-Xeber.Ucoz.com APA-ya istinadən xəbər verir ki, Brahimi bildirib ki, Cenevrə sazişlərinin əsasında münaqişənin həllini tapmaq olar.
"Bu həll 2013-cü ildə mütləq tapılmalıdır. Münaqişənin başlanmasının ikinci ildönümünədək (martadək) tapılsa daha yaxşı olar. Əks halda, ölkə süquta uğrayaraq ya əsl cəhənnəmə çevriləcək, ya da ikinci Somali olacaq. Suriya Yuqoslaviya kimi sadəcə ayrı-ayrı dövlətlərə bölünməyəcək, o mütləq Somali kimi olacaq"
Xüsusi nümayəndə həm müxalifətin, həm də prezident Bəşər Əsədin siyasi prosesi başlamaq istəməməsindən şikayətlənib.