Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » Əli İnsanov və Fərhad Əliyevin adı əfv siyahısına salınmadı – AÇIQLAMA
12:33
Əli İnsanov və Fərhad Əliyevin adı əfv siyahısına salınmadı – AÇIQLAMA

Əfv siyahısı hələ prezidentə təqdim olunmayıb

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və eks-səhiyyə naziri Əli İnsanovun adının əfv siyahısına salınması haqda yayılan məlumatlar doğru deyil. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib. Hazırda həbsdə olan sabiq nazirlərin əfv siyahısına salınması haqda xəbərlərin şayiə olduğunu bildirib.

M.İbrahimqızı həmçinin Əfv siyahının hələ prezidentiə təqdim olunmadığını vurğulayıb:

"Bu insanların əfv siyahısına salınması haqda yayılan məlumatlar doğru deyil. Hələ siyahı prezidentə təqdim olunmayıb. Üzərində işlər gedir, tam yekunlaşmayıb. Yekunlaşdıqdan sonra prezidentə təqdim olunacaq. Əfv siyahısına da salınanlar əsasnaməyə uyğun olaraq seçilir. Kimliyindən,  nə qədər cəza almasından asılı olmayaraq, kim əfv üçün müraciət edirsə, onun müraciətinə baxılır”, - deyə millət vəkili vurğulayıb.

Xəbər verildiyi kimi, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu tərəfindən prezidentə müraciət olunan siyahıda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və sabiq səhiyyə naziri Əli İnsanovun da qeyd olunub.

Xatırladaq ki, sabiq nazirlər Fərhad Əliyev və Əli İnsanov parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Fərhad Əliyev haqda 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.  2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş səhiyyə naziri Əli İnsanov isə 2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ə.İnsanov 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Category: XƏBƏRLƏR | Views: 361 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 18:31
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012