Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 30 » Məktəbdə şagirdlər arasında qanlı olay-TƏFƏRRÜAT
17:39
Məktəbdə şagirdlər arasında qanlı olay-TƏFƏRRÜAT

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhddə ittiham olunan 18 yaşlı Yevlax rayon sakini Zaməddin Salahzadənin cinayət işi üzrə məhkəmə başa çatıb. 

Azeri-Xeber.ucoz.com xəbər verir ki, ittihama görə, 2012-ci il yanvarın 24-də Yevlax rayonunun Yuxarı-Qarxun kənd orta məktəbinin inzibati binasında Zaməddin Salahzadənin bibisi oğlu İsmayıl Nəbiyev 11-ci sinif şagirdi Səxavət Məmmədovla mübahisə edib. Zaməddin dərsdən sonra Səxavətlə bibisi oğlunun məktəbin qarşısında görüşərək münasibətlərini aydınlaşdıracaqlarını öyrənib və o da həmin əraziyə gəlib. 

Təxminən saat 13 radələrindən Səxavət Məmmədov İsmayıl Nəbiyevlə dərsdən çıxaraq məktəbin qarşısında görüşüblər. Həmin vaxt məktəbin kənarına çəkilən İsmayıl Nəbiyevlə Səxavət Məmmədov mübahisə edərək, bir-birini vurublar. Bu zaman hadisəni müşahidə edən Zaməddin Salahzadə Səxavətin 2011-ci ildə onun özü ilə də dalaşdığını xatırlayıb. O, həmin dalaşmaları və bibisi oğluna əl qaldırmasını bəhanə edərək, cibində olan bıçağı çıxararaq heç bir səbəb olmadan Səxavət Məmmədova hücum edib, ona çoxsaylı zərbələr vurub. 

Hadisə zamanı çoxsaylı bıçaq zərbələri alan Səxavət Məmmədova vaxtında tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub. Zaməddin Salahzadə həbs edilib.

Məhkəmədə ifadə verən Zaməddin Salahzadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, 2012-ci il yanvar ayının 24-də saat 12 radələrində əvvəl təhsil aldığı orta məktəbin qarşısına getdiyi zaman bibisi oğlu İsmayılı, həmkəndliləri Eşqin və Rəvanı orada görüb. Onun sözlərinə görə, həmin vaxt İsmayıl məzun albomuna şəkil çəkdirmək üçün məktəb binasına girib: "İsmayıl məktəbdən çıxdıqdan sonra dedi ki, məktəbin binasına şəkil çəkdirməyə girəndə Səxavətlə aralarında yüngül narazılıq olub və Səxavət ona çöldə gözləməyi tapşırıb. Bibim oğlu həmçinin bildirdi ki, əgər Səxavətlə söhbət edəsi olsa, qarışmayım. İsmayıl məktəbdən getməyə hazırlaşan zaman Səxavət sinif yoldaşı Elçinlə birlikdə məktəbdən çıxdı və İsmayılı çağırdı, onlar qarşı tərəfdəki meşə sahəsinə tərəf getdilər. Orada Səxavətin bibim oğlu İsmayılı yumruqla vurduğunu görəndə dözə bilmədim və onların olduqları yerə qaçaraq üstümdə olan cib bıçağını çıxardaraq Səxavəti qorxutmaq istədim. Lakin qorxmadığına görə həmin bıçaqla Səxavətin bədəninə bir neçə zərbələr endirməyə başladım. İsmayıl məni aralamaq istəsə də, bacarmadı. Yalnız Rəvan, Eşqin və Elçin gələndən sonra bizi aralaşdıra bildilər”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, baş verən hadisədən sonra evlərinə gəlib. O, ifadəsində qeyd edib ki, təxminən yarım saatdan sonra atası ilə birlikdə Yevlax rayon Polis Şöbəsinin rəis müavinin yanına gedərək, törətdiyi cinayəti könüllü etiraf edib və təqsirini boynuna alib. 

Zərərçəkmiş şəxs qismində dindirilən Səxavət Məmmədov deyib ki, məktəbdə sinif yoldaşı Elçin ilə birlikdə sinifə tərəf gedən zaman dəhlizdə Zaməddinin bibisi oğlu İsmayılın onlara tərəf baxaraq güldüyünü görüb: "İsmayıldan "niyə gülürsən” deyə soruşanda o, söyüşlə cavab verdi. Aramızda qısa mübahisə oldu, mənimlə paralel sinifdə oxuyan Elməddin, həmçinin sinif yoldaşım Elçin bizi sakitləşdirdilər. İsmayıl dərs qurtarandan sonra çöldə gözləyəcəyini bildirdi”. 

Zərərçəkmişin sözlərinə görə, dərsdən sonra məktəbin qarşısında İsmayıl ilə görüşüblər və aralarında yaranan mübahisə zəminində İsmayıl 2 dəfə onu yumruqla vurub: "Mən İsmayılı vurmağa macal tapmamışam. Çünki yolun əks tərəfində dayanan Zaməddin qaçaraq üstümə gəldi və mənə əlindəki bıçaqla zərbələr endirməyə başladı. Həmin vaxt Zaməddinin yanında gələn Rəvan və Eşqin də mənə tərəf gəldi. Onlar da məni döyməyə başladılar. Elçin isə bizi ayırmağa çalışırdı. Bu vaxt yoldan keçən xatırlamadığım şirkətə məxsus "KamAZ” markalı maşının sürücüsü bizə tərəf gəldi. Zaməddin və digərləri "KamAZ” markalı maşının sürücüsünü görən kimi qaçdılar. Mən isə yerdə yaralı vəziyyətdə qaldım. Bacım məktəbdən çıxandan sonra məni gördü və hadisə barədə xalama xəbər verdi. Bundan sonra məni Yevlax şəhər Mərkəzi Xəstəxanasına apardılar”. 

O, ifadəsində qeyd edib ki, əvvəllər Zaməddinlə aralarında mübahisə olub. Onun sözlərinə görə, birinci Zaməddin onu, daha sonra o, Zaməddini döyüb. Onun bildirdiyinə görə, onlar hadisəyə qədər bir-biriləri ilə danışmayıb. O, qeyd edib ki, hazırda təqsirləndirilən şəxslə barışıb. Zərərçəkən ifadəsinin sonunda bildirib ki, Zaməddin Salahzadəyə qarşı heç bir şikayət və tələbi yoxdur.

Bütün tərəfləri dinləyən Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri hökm elan edib. Məhkəmənin hökmü ilə Zaməddin Salahzadə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan Zaməddin Salahzadə apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib.

Onun apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb. Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə cəzasından 2 il çıxıb. Zaməddin Salahzadəyə təyin olunmuş 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 5 il 7 ay 15 günə endirilib.
Category: Kriminal | Views: 444 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 12:48
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012