Amerikanın Florida ştatında 13 yaşlı oğlan Facebook səhifəsində məktəbə silahla gedərək yaşıdlarını öldürəcəyini yazıb. İsmarıcı təsadüfən oxuyan uşağın valideyni polisə müraciət edib və bildirib ki, onların evlərində ümumiyyətlə silah yoxdur. Müraciətdən sonra polis yeniyetməni həbs edib.
Yerli məktəblər "qiyamət günü” ilə əlaqədar bağlansalar da, təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd olunur ki, dekabrın 21-də Konnektikut məktəbində öldürülmüş insanların xatirəsini yad etmək üçün internetdə "1 dəqiqəlik sükut” elan edilib.