Misirdə bir gündə hökumətin iki aparıcı fiquru istefa verib.
Azeri-Xeber.ucoz.com-un «nyusru»-ya istinadən məlumatına görə, Mərkəzi Bankı sədri Faruq əl-Okd vəzifədən getdiyini elan edib.
Onun da istefası səbəb açıqlanmır. Yerli qəzetlərin yazdığına görə, prezident Məhəmməd Mursi və baş nazir Həşam Qəndil bu həftə vəzifəsində qalması üçün onu əmin etməyə çalışıblar.
Mənbənin məlumatına əsasən, indiki şəraitdə onun istefa verməsi Misir hökumətinə sərf eləmir. Çünki Misir funtu ABŞ dollarına nisbətdə ucuzlaşmaqdadır. Bundan başqa Beynəlxalq Bank bu ölkəyə 4, 8 milyard dollar kredit verəcəyini vəd edib. Mərkəzi bankın sədri istefaya gedəcəyi halda maliyyə vəsaitinin verilməsi təxirə salına bilər.
Xatırladaq ki, ölkə prezidentinin müavini Mahmud Mekki istefa verib.