Çinin qərbində bir şəxs qəsdən avtomobilini məktəbdən gələn uşaqların üstünə sürüb. Azeri-Xeber.ucoz.com-un news.ru saytına istinadən verdiyi məlumata görə hadisə nəticəsində 23 uşaq xəsarət alıb.
Onlardan 11-i dərhal xəstəxanaya çatdırılıb və hələ də xəstəxanadadırlar. Onun həmçinin partayış törətmək niyyəti də olduğu bildirilir. Polis qatilin maşınından yandırıcı maddələr aşkar edib. Ekspertiza nəticəsində həmin şəxsin hadisəni törədən zaman alkoqolun və ya narkotikin təsiri altında olmadığını məlum olub. Aydın olub ki, 3 il əvvəl həmin şəxsin öz qızı məktəbin qabağında öldürülüb və qatil bundan təsirlənib.
Qeyd edək k, Çində bu tip hadisələr tez-tez baş verir. Təxminən iki həftə əvvəl psixi pozğunluqdan əziyyət çəkən 36 yaşlı kənd sakini Min Yuçszyun bir məktəbə hücum edərək orada qırğın törədib. Hadisə nəticəsində 23 uşaq başından, qulağından və barmağından yaralanıb. Çin KİV-inin verdiyi məlmata görə, o, 21 dekabr dünyanın sonu haqqında fikirləri eşitdikdən sonra və iki il əvvəl Çində uşaqlara qarşı silsilə qətllər törədilən zaman bu yolla tele ulduz olmağın asan olduğunu düşünərək bu yola əl atıb.