Rəhman və Rəhim
olan Allahın adı ilə!
Salam olsun
peyğəmbər ailəsinə və onların dostlarına! Salam olsun İmam Hüseynə və
dostlarına! Salam olsun Hicaba və onu müdafiə edənlərə!
QAR.... Necə
də gözəl səslənir. Qalın tələffüzlü, az hərfli və dərin mənalı. Qar dedikdə ilk
öncə insanın ağlına ağ rəngli, buzlu və sulu bir maddə gəlir. Amma mənəvi
baxımdan isə QAR - paklıq, təmizlik, xəstəlikdən qurtuluş və s. mənalar ilə də
yozulur.
Məmləkətimizə
qar yağdı. Lakin, nə olsun. Yağmağıyla bizə nə fayda verdi ki. Yenə köhnə
hamam, köhnə tas. Adətən qar yağanda deyərlər ki, şükür ki qar yağdı xəstəliklərin
sayı azalar. Amma bizim cəmiyyətdə isə qar yağanda xəstəlikləri təmizləmək əvəzinə
özüylə xəstəlik də gətirir. Cəmiyyətimizdə rüsvət, korrupsiya, "HƏ” sözüylə
deputet seçkiləri, "MƏNƏM” kəlməsiylə zadniyə atıb kənarda pisliklərə göz
yummaq xəstəlikləri. Bütün bunlar maraqlı xəstəlik növünə aid olub, insanları
bezdirən keçici və sağalmayan xəstəliklərdir.
İllərdir
pisliklərdən nicat tapmaq arzusu ilə yaşayan millətimiz bu gün yenə də qar
yağmasının şahidi oldu. Lakin, nicat yox, naümidlik və "YENƏDƏ BELƏ OLACAQ” deməklə öz həyatlarına
davam etmək arzusu. Deyilənə görə artıq dünyada narkotik və silah baronları
yoxdur. Axı hamısı bizim türmələrdə yatır. Hamısı Hicaba görə həbs olunduqdan
sonra "NARKOTİK ATASI” və ya "SİLAH BARONU” ləqəbini alıb içəri girdilər. Lakin
onlar azadlıqda qarı görmədilər. Onlar uşaqlarının əlindən tutub qar topu oynamadılar.
Onlar qardan "ŞAXTA BABA” düzəltmədilər. NİYƏ? Cavab isə məlum məsələdi. Onlar
axı teroristdirlər.
Yağ ey qar. Yağki qəlblərimiz təmizlənsin, yağki xəstəlikdən nicat tapaq,
yağki əzmimiz bərkisin.
Görəsən bizlər nə vaxtsa firəvan həyat sürüb, uşaqlarımızın əlindən tutub,
qar topu oynayacağıq?! Yoxsa belə gəlib, belə gedəcək?!
Yenə də həyat davam edir. Deyirik ki, yağ ey qar. Yağ ölən bizlərik
soyuqdan, borandan və həsrətdən.
|