Robert Bradtke ATƏT Minsk qrupunun həmsədri vəzifəni tərk edir
ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke yaxın vaxtlarda tutduğu vəzifəni tərk edəcək. APA-nın məlumatına görə, bu barədə News.am saytına diplomatik dairələrdəki məlumatlı mənbə xəbər verib. Bradtkenin yeni təyinatından xəbər verilmir. Ehtimal olunur ki, o xaricdə hər-hansı diplomatik vəzifəyə və ya birbaşa Dövlət departamentinə təyinat ala bilər. Robert Bradtkeni ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində kim əvəz edəcəyi hələlik bəlli deyil. Xatırladaq ki, Robert Bradtke ATƏT Minsk qrupunun həmsədri vəzifəsinə 2009-cu ilin payızında təyin olunub. O bu postda Metyu Brayzanı əvəz edib.
|