"Elektron lövhələrin alınması üçün əlavə pul yığılması faktından xəbərim var".
SalamNews-un xəbərinə görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
O deyib: "Hökumət elektron lövhələri dövlət proqramına əsasən məktəblərə verib. Sadəcə, bir neçə məktəbdə müəllimlər istəyirlər ki, daha yüksək səviyyəli smart-lövhə olsun. Bu xəbər mənə çatıb. Bunun qarşısını dərhal almışam. Valideynlər bir manat da olsa bu məsələlər üçün pul xərcləməməldirlər. Bu cür faktlarla bağlı valideyinlər şəxsən mənə müraciət etsinlər. Mənim internet ünvanım və nömrəm hər zaman açıqdır. Belə hadisələr eşidən kimi, bunun qarşısını alıram. Burdan elan edirəm ki, məktəbin tikintisi, təmiri və digər məsələlər prezidentin diqqəti və qayğısı nəticəsində Azərbaycan hökuməti tərəfindən təmin olunur”.
M.Mərdanov vurğulayıb ki, mənim poçt ünvanıma bu günə qədər çoxlu sayda müraciətlər daxil olub. Bütün müraciətlər verdiyim tapşırığa uyğun olaraq, araşdırılır və həllin tapır.