Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » Misir Mərdanov: “Mən buna etiraz etmərəm“
17:39
Misir Mərdanov: “Mən buna etiraz etmərəm“

Azərbaycanın təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunun (TPİ) müsabiqədən keçməyən bəzi uşaqların da lisey-məktəblərin I sinfinə qəbul edilməsi barədə təklifinə münasibət bildirib.

TPİ-nin direktoru Abdulla Mehrabov bir müddət əvvəl müsahibə verərkən I sinfə uşaqları müsabiqə yolu ilə qəbul edən lisey-məktəblərdə müsabiqədən keçməyən, amma həmin məktəblərə çox yaxın ərazilərdə yaşayan uşaqların da qəbul edilməsi, onlar üçün xüsusi qrupların yaradılmasını təklif etmişdi. O, belə hesab edir ki, xüsusi qruplarda oxuyan uşaqların da bilik səviyyəsini lisey-məktəblərə müsabiqə yolu ilə qəbul olan uşaqların bilik səviyyəsinə çatdırmaq olar.

Məlumata görə, təklifə münasibət bildirən təhsil naziri Misir Mərdanov çərşənbə günü jurnalistlərə müsahibəsində deyib ki, TPİ-nin təklifi yaxşıdır, amma bunun mexanizmi düşünməlidir.

"Yaxşı təklifdir. Ancaq bunun mexanizmi düşünməlidir. Mexanizmi hazırlansa, mən buna etiraz etmərəm", - nazir bildirib.

Mərdanov, bununla belə, şagirdlərin orta mətkəblərin I sinfinə müsabiqə yolu ilə qəbul edilməsinin tərəfdarı olduğunu da deyib. O bildirib ki, Azərbaycanda həm adi ümumtəhsil orta, həm internat, həm də lisey-məktəblər var. Ancaq digər məktəblərdən fərqli olaraq, lisey-məktəblərdə çalışan müəllimlərin əməkhaqqı digər məktəblərdə işləyənlərin əməkhaqqından 15 faiz yüksəkdir.

"Təhsilin keyfiyyəti yüksək olan məktəblərə lisey statusu veririk. O məktəblərə də şagirdlər seçmə yolla qəbul edilir. Əgər keyfiyyət axtarırıqsa, onda seçim üsuluna getməliyik. Ancaq eyni zamanda bizim borcumuzdur ki, Azərbaycanda bütün şagirdlərin icbari orta təhsil almasına şərait yaradaq", - nazir deyib.

Category: XƏBƏRLƏR | Views: 371 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:09
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012