Təhsil naziri Misir Mərdanov Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən inşa yazı müsabiqəsi qaliblərinin təltif edilməsi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, yerlərdə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə "Nizami hikmətinin işığında” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Respublikanın bütün rayon və şəhərlərindən seçilərək nazirliyə təqdim olunmuş 105 inşa yoxlanılıb və qaliblər müəyyənləşdirilib.
Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə respublikanın ümumtəhsil məktəb şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekunlarını nəzərə alan təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrə əsasən həmin şagirdlər I, II, III dərəcəli diplomlar və tərifnamə ilə təltif edilib.