Misirin baş prokuroru Tələət İbrahim Abdulla istefası ilə bağlı prezident Məhəmməd Mursiyə ərizə yazıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, bu vəzifədə bir aydan az işləyib.
Onun istefasına məhkəmə hakimləri şurası və baş prokurorluğun sıravi əməkdaşlarının etiraz səbəb olub.
Onların bir çox hesab edib ki, prezident Məhəmməd Mursinin əvvəlki baş prokuroru Əbdül Mahmudu işdən azad etdi, onların qənaətincə, bu prokurorluğu işinə qəbuledilməz müdaxilədir.