Onun təcavüz etdiyi qadınlardan ikisi yetkinlik yaşına çatmayanlardır
Moskvada zorlama hadisəsində təqsirləndirilən Ermənistan vətəndaşını ömürlük həbs gözləyir. Ermənistan vətəndaşı 26 yaşlı Ervand Mnaçakanyan Moskvada silsilə zorlama və quldurluq hadisələri törətməkdə təqsirləndirilir. ANS PESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, araşdırmalar nəticəsində ki, onun 2011-2012-ci illərdə Rusiya paytaxtının şərqində Veşnyaki rayonunda səkkizdən çox qadına təcavüz etdiyi məlum olub. Rusiya mətbuatının yazdığına görə, bu hadisəyə maraq Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətində təcavüzə məruz qalan 9 qadın haqqında xəbər yayılmağa başlayandan sonra oyanıb. Bunlardan ikisi isə azyaşlıdır.
Məlum olub ki, bütün cinayətlər eyni sxem üzrə qurulmuşdu. Təcavüzkar səhər tezdən işə gedən gənc qızlara yaxınlaşırdı. Bıçaqla onları hədələyərək onları binanın girişinə getməyə məcbur edərək zorlayırdı. Daha sonra onların bütün qiymətli əşyalarını və pullarını götürürdü. O, bəzi qurbanlarının kredit kartlarını yaxındakı bankomatdan çıxararırmış. Əməliyyatçılara da onu həbs etməyə bu kömək edib.
Bir bankomatdan pul çıxararkən əməliyyatçılar cinayətkarın fotosunu tapa biliblər. Bütün qurbanlar təcavüzkarı fotodan tanıyıblar. Bazarların birində yük daşıyan işləyən Mnaçakyan tezliklə həbs olunub.
|