Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » MOSKVADAN YENİ QARABAĞ HƏDƏSİ
16:55
MOSKVADAN YENİ QARABAĞ HƏDƏSİ

"Rusiya Qəbələdən çıxdı, indi isə Moskva ”DQR"in müstəqilliyini tanıya bilər". Vesti.az saytının məlumatına görə, belə bir ehtimalla eyni sərlövhəli məqalədə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib.

O bildirib ki, Rusiya öncədən elan eləməli idi ki, RLS-i tərk edir və stansiyanın icarə vaxtının uzadılması ilə bağlı Baklı ilə heç bir danışığa getməyəcək, nədən ki, Bakıda belə bir rəy var ki, RLS "Rusiyaya təzyiq vasitəsidir”. "Elə bu səbəbdən Qərbdə iddia edirlər ki, ən düzgünü o olar ki, ”rus hərbçilərinin Azərbaycandan çıxması" haqda danışılsın", - deyə o qeyd edir.


Məqalə daha sonra deyilir: "Qəbələ RLS Azərbaycan ərazisində Rusiya hərbi bazası kimi müəyyən mənada Moskva üçün çəkindirici, hərbi əməliyyatların təzələnəcəyi təqdirdə Rusiyadan heç olmasa qismən neytralitetlik tələb edən faktor idi. Daha həmin çəkindirici amil yoxdur və Rusiya Cənubi Qafqazda KTMT bayrağı altında sülhə məcbur eləmə əməliyyatını həyata keçirə bilər. Ancaq daha çox ehtimal olunan və ”üçüncü addım" adlanan bir yol da var - Abxaziya və Cənubi Osetiyanın ardınca "DQR”in müstəqilliyini tanımaq".

Öz növbəsində Yaxın və Orta Şərq üzrə ekspert, "İran News”un siyasi şərhçisi Anton Evstratov təxminən o qənaətdədir ki, Qarabağda yeni savaş variantında Rusiya ilə Azərbaycanı heç nə birləşdirməyəcək: "Bu zaman Rusiyanın əsas problemi sülhə məcbur etmə aksiyasını Avroatlantik formul çərçivəsində reallaşdırmaqdır. Onsuz da münaqişənin həlli üçün siyasi-diplomatik resurslar qalmayıb, tükənib”.

Evstratova görə, Qəbələ RLS-in tərki Rusiyanı məcbur edir ki, öz forpostu Ermənistanda mövqeyini daha da möhkəmlətsin: "Ermənistan isə öz ərazisində yeni rus hərbi bazalarına böyük həvəslə yer verərdi. Stansiyanın ləğvi ikitərəfli münasibətlərə neqativ təsir eləməklə yanaşı, Güney Qafqazda qüvvələr nisbətini də dəyişmək gücündədir. Kreml Qarabağda yeni müharibə zamanı hətta formal olaraq neytral qalmaq imkanını itirib. Çünki obyekt yoxdusa, Rusiyanın Azərbaycandakı maraqları üçün təhlükə də yoxdur”.

Qarabağda yeni hərbi əməliyyatların başlayacağı təqdirdə Rusiyanın özünü necə aparması barədə zaman-zaman danışılıb, təhlillər edilib. Lakin əksər təhlilçilər, həmçinin bir sıra rus analitikləri xüsusi vurğulayıblar ki, Kremlin Güney Qafqazda 2008-ci ildə, Gürcüstana girdiyi kimi girib sərbəst hərəkət eləmək imkanları düşünüldüyü kimi böyük deyil.

Ən əsası, Rusiya bu dəfə Qafqazda çıxılası heç vaxt mümkün olmayan böyük siyasi-hərbi bataqlığa girə bilər. Həm də o səbəbə ki, Türkiyə amili də var və qardaş ölkə Rusiyanın Ermənistanla birləşib Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüz eləməsinə seyrçi qalmayacaq. Bu barədə Türkiyənin hərbi-siyasi isteblişmentinə daxil olan bəzi yüksək çinli şəxslər də zaman-zaman xəbərdarlıq ediblər.

Kremlin Ermənistan tərəfdə yeni Qarabağ müharibəsinə qoşulması, üstəlik, kasad Rusiya büdcəsi üçün böyük xərclər, habelə onun bölgənin mühüm iqtisadi əlaqələr qurulduğu iki açar ölkəsini (Azərbaycan və Türkiyəni) itirməsi demək olardı.

O ki qaldı Qəbələ RLS-in bağlanması qarşılığında Rusiyanın acığa Qarabağdakı separatçı qurumu birtərəfli qaydada tanıyacağına, əvvəla, Abxaziya və Cənubi Osetiya "təcrübəsi” göstərdi ki, bunun perspektivi yoxdur - demokratik Qərbin, dünya birliyinin rüsxəti olmadan növbəti belə addıma getmək ən əvvəl Rusiyanın özü üçün əlavə geosiyasi, hətta geoiqtisadi başağrısı yaradardı - Gürcüstanın ardınca Türkiyə ilə Azərbaycanı həmişəlik itirilməsi də öz yerində.

İkinci yandan, ola bilsin heç işğalçı Ermənistan da belə variantdan məmnun qalmasın və Abxaziya və Cənubi Osetiya kimi "DQR”in tanınmasını təxirə salmaqda davam eləsin (İrəvan Kremlin təzyiqlərinə baxmayaraq Gürcüstandakı iki separatçı qurumu bu günədək tanımayıb). Nədən ki, Ermənistan siyasi elitası yaxşı bilir ki, bölgənin digər dövlətləri kimi Ermənistanın tərəqqisi də Qərbə inteqrasiyadan, üstəgəl, region ölkələri ilə, ələlxüsus Türkiyə və Azərbaycanla isti münasibətlər qurmaqdan keçir.

Gürcüstan da işğalçı qonşumuz üçün az əhəmiyyət kəsb eləməyən dövlətdir. Separatçı Qarabağ rejiminin Ermənistan tərəfindən tanınması isə avtomatik Abxaziya və Cənubi Osetiyanı da tanıma zərurəti doğuracaq ki, bu da əlavə olaraq Gürcüstanla münasibətləri də həmişəlik böhrana soxacaq.

Category: XƏBƏRLƏR | Views: 333 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 16:56
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012