Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Nicat Əliyevin həbsinin uzadılmasına jurnalistlərin münasibəti
12:40
Nicat Əliyevin həbsinin uzadılmasına jurnalistlərin münasibəti
2012-ci ilin may ayında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham olunaraq həbs edilən "Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyevin həbsdinən 6 ay ötür. 
 
"Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu:"Ümumiyyətlə nədənsə Azərbaycanda inanclı insanları həbs etmək üçün iki ittihamdan istifadə edirlər ya evindən silah tapırlar ya da narkotik. Nadir hallarda isə dövlət çevirilişinə cəhddə ittiham edirlər. Doğrusu sonuncu ittiham sərf etməyəndə daha çox silah və narkotiki seçirlər. Bu cür şərlənərək həbs edilən inanclı insanlardan biridə jurnalist Nicat Əliyevdir. Nicat bəy artıq altı aydır günahsız olaraq həbsdədir. Jurnalisti yazısına səsləndiriyi fikirinə görə əsassız olaraq həbsə almaq heç kəsə xüsusilə hakimiyyətə sərf etməyəcək. Ümid edirəm ki, inşallah digər vicdan məhbusları kimi Nicat bəydə tezliklə azad olunar.”
 
"Xebername.org” internet qəzetinin baş redaktoru Seymur İsmayıl: ""Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şərlənərək, artıq 6 aydır həbsdədir. Həm istintaq müddətinin uzadılması həm vəkilinin dediyi kimi heç bir istintaq hərəkətinin aparılmaması çox narahat edici haldır. Nicat Əliyevin ittiham edildiyi maddəni çox gülünc hesab edirəm və hər kəsə də onun şərlənərək həbs olunması gün kimi aydındır.”
 
"İslamazeri.az"-ın baş redaktoru Ramin Bayramov: "CPJ (Beynəlxalq jurnalistlərin müdafiə komitəsi) bu yaxınlarda jurnalitlərin həbsi ilə bağlı hesabat yayıb. Azərbaycan jurnalist həbsinin siyahısına görə 10-cu yerdədir. Bu hesabatla "Ölkədə söz azadlığı var" deyən hökumətin göstəriciləri uyğun gəlmir. Əlbətdə ki, Nicat Əliyev də öz jurnalist fəaliyyətinə görə həbs olunanlar siyahısındadır. Yenidən istintaq müddətinin artırılması qəbul edilməzdir. Həqiqətən də jurnalistlərin həbsini beynəlxalq müstəvidə işıqlandırmaq lazımdır. Bu müstəvidə geniş işlər aparılmalı, müxtəlif layihələri həyata keçirmək lazımdır. Son olaraq həbsdə olan bütün jurnalistlərin həbsini pisləyirəm”.
Views: 392 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 05:38
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012