Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Nigar Yaqublu son sözünü dedi
17:19
Nigar Yaqublu son sözünü dedi
Dekabrın 19-i, saat 14:30-da Abşeron Rayon Məhkəməsində müsavatçı gənc fəal, yol qəzasına uğrayan Nigar Yaqublunun növbəti məhkəmə prosesi başlayıb. Məhkəmə zalından "musavat.com”a məlumat verən reportyorumuz Fərahim İlqaroğlu bildirir ki, prosesə hakim İlham Kərimli sədrlik edir: "Prosesdə N.Yaqublunun müdafiə tərəfi qismində tanınmış vəkillər Adil İsmayılov, Elton Quliyev və Nemət Kərimli iştirak edirlər. Bu dəfə ki prosesə də, Azərbaycandakı səfirliklərin nümayəndələri, hüquq müdafiəçiləri, N.Yaqublunun yaxınları və jurnalistlər qatılıb. Bu iclasda Nigar Yaqublu son sözünü deyəcək. Ola bilsin ki, elə bununla da məhkəmə onunla bağlı qərarı açıqlasın”.

Məhkəmə prosesi zamani müdafiə tərəfinin vəkilləri çıxış edib. Onlar məhkəmənin istintaqının qanuna zidd şəkildə keçirildiyini, cinayət işinin sənədlərinin arasında düzgün sənəd olmadığını bildiriblər.

Vəkiller təkrar məhkəmə iclasının keçirilməsini tələb ediblər. Hakim son soz demək üçün Nigar Yaqubluya söz verib. O, çıxışı zamani bildirib ki, ilk gündən hadisə ilə bağlı təqsirkar olduğunu dəfələrlə səsləndirib. Nigar deyib ki, əslində mənim hazırda həbsxanada çəkdiyim iztirablar bu gün sizin məhkəmədə verəcəyiniz həbs cəzasənın yanında heç nədir.

Məhkəmə qərar qəbil etmək üçün müşavirəyə fasiləyə gedib.

Xatırladaq ki, Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi "KAMAZ” markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.
İndiyə kimi keçirilən məhkəmə iclasları zamanı mülkü iddiaçı iddiasını geri götürərək Nigar Yaqubluya azadlıq tələb edib, hadisə şahidləri məhkəməyə gətirilərək ifadə veriblər. Məhkəmədə ifadə verənlər arasında Dövlət Yol Polisinin əməkdaşları, hadisə günün ərazidə olan şəxslər, Tofiq Yaqublu, müstəntiq Rafiq Həsənov olub.  
Category: XƏBƏRLƏR | Views: 339 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 15:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012