ABŞ prezidenti Barak Obama İranın Latın Amerikası başda olmaqla Cənub yarımkürəsinə nüfuz etməsinin qarşısını almaq haqqında qanunu imzalayıb.
APA-nın "Fars” xəbər agentliyinə istinadən məlumatına görə, ABŞ Dövlət Departamenti tərəfindən siyasi və diplomatik bir strategiya olaraq hazırlanan qanun daha əvvəl ölkə Konqresində təsdiqlənib. Qanunun 180 gün içərisində qüvvəyə minməsi və sənəddə İranın bölgə ilə bağlı fəaliyyətlərini təsbit edilməsi tələb olunur.
Eyni zamanda qanunda ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə də İran İslam İnqilabı Keşikçilər Korpusunun ("Sepah”) Qüds qanadı və "Hizbullah” kimi İrana bağlı qrupların nüfuz etməsinin qarşısını almaq üçün Kanada və Meksika sərhədlərində lazımi tədbirlər görmək barədə göstəriş verilib. |