Pakistan İslam Respublikası öz müstəqilliyini elan etmiş Kosovanı müstəqil respublika olaraq tanıyıb. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında bildirilir, - "Utro”.
Pakistanın Kosovadakı səfirliyi səlahiyyətləri İslam Respublikasının Türkiyədəki rəsmi nümayəndəliyi öz üzərinə götürüb. Bununla da Pakistan Kosovanın müstəqilliyini tanıyan 98-ci dünya ölkəsi olub. Kosovanın müstəqilliyi indiyə qədər ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və bir sıra digər dövlətlər tərəfindən tanınıb. Kosovanın müstəqilliyinin əleyhinə əsasən Çin, Rusiya və İspaniya çıxır.
Qeyd edək ki, Azərbaycan Kosovanın müstəqilliyini tanımayıb.
|